Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu – VİDEO

zərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı peyvənd olunub. 

HİT.Az xəbər verir ki, o, Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib. Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da koronavirusa qarşı peyvənd olunublar.

Vaksinasiyasının ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR