“Qarabağ” klubu Qurban Qurbanovun oğlunu icarəyə verdi

“Qarabağ” klubu futbolçusu Musa Qurbanlını icarəyə verib.

“Report” Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR