Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə ölkəsinin Nyu Yorkdakı Baş Konsulluğunun telefon xətlərinin açılması ilə bağlı yaranan problemin aradan qaldırılması tələbi ilə nota göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Rusiyanın Nyu Yorkdakı Baş Konsulluğunun nümayəndəsi Aleksey Topolski bildirib ki, gecəyədək vəziyyət dəyişməyib, şəhərə çıxışı olan bütün telefon xətləri tamamilə kəsilib.

Bildirilib ki, Baş Konsulluğun 30-dək telefon xətti bağlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR