Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək

Şəxsin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta ilə bağlı icraata xitam veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

Yeni 53.2-ci maddəyə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR