Şvartsenegger: “Trampın seçki inadkarlığı dəlilik və axmaqlıqdır”

Hollivud aktyoru və Kaliforniya ştatının keçmiş valisi Arnold Şvartsenegger hazırkı prezident Donald Trampın seçki nəticələrinə meydan oxumaq cəhdlərinin “dəlilik” olduğunu deyib. 
Qaynarinfo xəbər verir ki, Şvartsenegger “The Economist” qəzeti üçün yazdığı köşəsində “Bu absurdluğun davamı axmaqlıq, dəlilik və pislikdir” deyərək prezident seçkilərində kimin qalib gəldiyinə şübhə olmadığını bildirib.
Aktyor ölkəsi üçün ciddi narahatlığını dilə gətirib. Onun sözlərinə görə, o, demokratiyadan imtina edən və bunun nəticələri ilə üzləşən bir ölkənin xarabalıqları üzərində böyüyüb. Xatırladaq ki, Şvartsenegger nasist Almaniyası tərəfindən ilhaq edilən və II Dünya Müharibəsinin dəhşətlərindən sonra Avstriyada anadan olub.
O, yanvarın 6-da səsvermə nəticələrinin təsdiqlənməsinə qarşı çıxacaq olan Respublikaçı Partiyanın nümayəndələrinə “Amerikanın böyük təcrübəsinə və seçicilərin iradəsinə qarşı çıxdığınıza görə nəvələrimiz sizin adlarınızı pis adamların adları kimi xatırlayacaqlar” deyə xəbərdarlıq edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR