Tanınmış azərbaycanlı iş adamı koronavirusdan öldü

Tanınmış iş adamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib. 

HİT.Az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun rəsmi “Facebook” səhifəsi məlumat yayıb. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR