Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı – VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə  FHN mətbuat xidmətindən məlumat verilib.


Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.


Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR