Yanvarın 18-də iri ticarət mərkəzləri və “Mall”ar açılır? – Operativ QərargahdanAÇIQLAMA

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, iri ticarət mərkəzlərinin açılacağı ilə bağlı onda heç bir məlumat yoxdur

“Hazırda ölkədə sərt karantin rejimi tətbiq edilir. İri ticarət mərkəzlərinin nə vaxt açılacağı barədə mən də heç bir məlumat yoxdur. Karantin rejimində yumşalma və iri ticarət mərkəzləri ilə bağlı rəsmi qərar olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Aysel Yusifqızı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR