Aİ-nin Ali Nümayəndəsi Rusiyaya sanksiya tətbiq olunmasını təklif edəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Bu məsələləri fevralın 22-də Aİ xarici işlər nazirləri şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə edəcəyik. Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, – deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR