Azərbaycan Hərbi Hava Qüvvələri praktiki uçuşlar icra edir-VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Bu barədət  Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR