Azərbaycan Kuboku: “Qarabağ” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib.

Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 33-cü dəqiqədə meydan sahiblərindən Uroş Matiç penaltidən yararlana bilməyib. Rəqib komandanın qapıçısı Anar Nəzirov serbiyalı yarımmüdafiəçinin zərbəsinin qarşısını alıb.

“Qarabağ”ın qollarını 55-ci dəqiqədə Kvabena Ovusu, 72 və 74-cü dəqiqələrdə Mahir Emreli vurub. “Qəbələ”dən isə 88-ci dəqiqədə Ceyms Adeniyi fərqlənib.

Komandalar arasında cavab matçı fevralın 6-da Qəbələdə olacaq.

Bu gün baş tutan digər oyunda “Səbail” səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 finalın digər iki qarşılaşması fevralın 2-də oynanılacaq. “Keşlə” I Divizion təmsilçisi “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR