Azərbaycanda 126 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299nəfər müalicə olunaraq sağalıb, 3 209nəfər vəfat edib. Hazırda 2 262aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR