Azərbaycanda klublar su simicliyinə görə cəzalandı

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Qaradağ Lökbatan” klubunu cəzalandırıb.

Səbəb komandanın XII turda “Sumqayıt-2” ilə matçda hakimləri isti su ilə təmin etməməsidir.

Kluba 80 manat cərimə kəsilib. Lökbatan təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün də 80 manat ödəməli olacaq.

“Zaqatala” isə XII turda “Kepəz”lə dueldə meydanı vaxtında sulamadığı üçün 80 manat cərimələnib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR