Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? – FOTO

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 52,3 faizlə Bakı şəhəri ilk yerdədir.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 13,2 %-i Aran zonasında yaşayır.

Statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 12,9 %-i Abşeron rayonunda, 8,1 %-i Gəncə-Qazax bölgəsində, 3,2 %-i Şəki-Zaqatala, 3 %-i Quba-Xaçmaz, 2,9 %-i Lənkəran rayonunda, 2,5 %-i Dağlıq Şirvan, 1,4 %-i isə Yuxarı Qarabağda qeydə alınıb.

Yoluxanların 0,05 %-i Naxçıvanda yaşayanlardır.

Xatırladaq ki, xəstələnənlərin 0,4 %-ni ölkə xaricindən gələn şəxslər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR