Bakıda 15-20 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub, ölən var – VİDEO

Bakıda baş verən zəncirvarı yol qəzasında 1 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, ilkin məlumata görə, qəza nəticəsində daha 1 nəfər xəsarət alıb.

Hazırda DYP əməkdaşları hadisə yerində araşdırma aparır.

saat 11:06

***

Bakıda zəncirvarı yol qəzası olub.

Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

APA hadisə qəza baş verən ərazidən videogörüntülər təqdim edir.



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR