Bu gün Anatoli Banişevskinin ad günüdür

Bu gün Anatoli Banişevskinin ad günüdür.

Oxu.Az xəbər verir ki, 1946-cı il fevralın 23-də Bakıda anadan olmuş Banişevskinin əsli Polşaya gedib çıxır. O, uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. 16 yaşında o vaxt “Neftyanik” adlandırılan “Neftçi”yə qoşulub.

Ona dəfələrlə Rusiya və Ukrayna klublarından təkliflər gəlsə də, Anatoli Bakını tərk etmək istəməyib. “Neftçi”dəki parlaq çıxışı onun 1965-ci ilin iyulun 4-də SSRİ millisinin heyətində Braziliya yığma komandası ilə yoldaşlıq oyununda debüt etməsinə gətirib çıxardı. Məşhur forvard SSRİ millisi ilə 1972-ci ildə Belçikada keçirilmiş Avropa çempionatının gümüş medalını qazanıb. 1965-1972-ci illərdə SSRİ yığmasında 50 oyun keçirib və 20 qol vurub.

Onun məşçilik karyerasına başladığı ilk komanda da “Neftçi” olub (1981-1983). Daha sonra Mingəçevirin “Avtomobilçi” komandasında (1984-1987), Burkina Fasonun gənclər millisində (1987-1988) və Gəncənin “Kəpəz” klubunda (1988) da baş məşqçilik edib.

Şəkər xəstəliyindən əziyyət çəkən Anatoli Banişevski 1997-ci ilin dekabrın 10-da üçüncü diabetik komadan dünyasını dəyişib.

Yaşasaydı, bu gün 75 yaşını qeyd edəcəkdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR