Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

“Report” xəbər verir ki, bu ada İngiltərə “Liverpul”undan Məhəmməd Salah, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın “Borussiya” (Dortmund) klubundan Erlinq Holann və Portuqaliya “Portu”sundan Serjiu Oliveyra iddia edir.

Salah Almaniya “Leyptsiq”ini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 finalın ilk matçında dubl edib. Holann İspaniyada “Sevilya”nı 3:2 hesabı ilə udduqları görüşdə eyni sayda qol vurub. Mbappe İspaniyada “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-triklə yadda qalıb.

Oliveyra isə “Yuventus”u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR