Deputat: “Kimlərsə inadla bu yerləri bağlı saxlayır”

Son 1 ayda mənzillərin qiymətində əsaslı dəyişikliklər var.

Belə ki, 2020-ci ilin mənzil bazarının qiymət indekslərinə görə, yanvar ayının əvvəllərində ilkin bazarda mənzillərin qiyməti 0,1 %, təkrar bazarda isə 0,5 % aşağı düşüb. Lakin mütəxəssislər bildirir ki, vəziyyət dəyişib və hazırda eyni deyil.

Əmlak bazarı üzrə eskpert Pərviz Qulami Cebhe.info-ya açıqlamasında bildirib ki, mənzil bazarında son aylarda artım müşahidə olunur:

“Hazırda mənzillərin qiymətində 2-2.5%-ə qədər artım var. Bunun da səbəbi ipoteka bazarıdır. İpoteka bazarında aktivləşmə başlayan kimi mənzillərin qiymətində artım olur. Son bir ay ərzində ipoteka kreditləri açılıb. Mənzillərin qiymət fərqləri də ərazilərinə görə dəyişir”.

Əmlak bazarı üzrə ekspert Rəşad Əliyev isə bildirir ki, bahalı mənzillərin ərazisi standart olaraq dəyişmir:

“Ən baha mənzillər Səbail rayonunda yerləşir. Xüsusilə də, mərkəz küçələrdə yerləşən evlər. Məsələn, Nizami küçəsi boyunca yerləşən mənzillər bahalıdır. Ucuz evlər mərkəzdən olan uzaqlıq məsafəsinə görə dəyişir. Əsasən, Bakının qəsəbələrində, xüsusən, Sabunçu, Qaradağ rayonlarında ucuz evlərə rast gəlmək olar”.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, ucuz mənzillərin sayı azaldıqca, bahalı mənzillərin sayı artır. Bu da qiymətlərin çox düşməsinə imkan vermir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR