Emil Rəhmanovu narkotikə öyrədən şəxs MƏŞHUR XALQ ARTİSTİ İMİŞ – AÇIQLADI

“Azəri Star” müsabiqəsinin laureatı, əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov zərərli vərdişlərə aludə olması barədə şok açıqlamalar verib.

Qafqaznews.az xəbər verir ki, Rəhmanov “ölkə.az”-ın əməkdaşıyla söhbətində ona zərərli vərdişləri öyrədən şəxslərdən birinin hazırda məşhur xalq artisti olduğunu bildirib:

“Həmin sənətkarlardan biri vəfat edib, digəri isə hazırda sağdır, məşhur xalq artistimizdir. Hazırda vəziyyətim getdikcə stabilləşir, özümü nisbətən yaxşı hiss edirəm”.

Qeyd edək ki, Emil Rəhmanovun geniş müsahibəsi yaxın günlərdə yayımlanacaq. Rəhmanov müsahibədə həmin şəxslərin adlarını və digər çox önəmli məqamları ilk dəfə açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR