Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR