Gürcüstan hökuməti istefa verib

Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

Buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR