“Məhkəmə sistemi öldü”: Navalnı tərəfdarları məhkəmə önünə qərənfillər düzdü

Aleksey Navalnının tərəfdarları Çelyabinskdə əldə qərənfillər məhkəmə binalarının önünə axışıblar.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Navalnının yerli qərargahının Telegram kanalı yayıb. Məlumatda deyilir:
“Çelyabinsk sakinləri məhkəmə binalarının önünə qərənfillər düzürlər, çünki məhkəmə sistemi bu gün öldü”.
“OVD-Info” xəbər verib ki, qərənfil aksiyası zamanı polis artıq iki fəalı saxlayıb. Bununla birlikdə, aksiyanın 3 fevralda da davam etməsi planlaşdırılır.
Xatırladaq ki, 2 fevralda Navalnının şərti cəzası həqiqi cəza ilə əvəzlədikdən sonra Moskva və Sankt-Peterburqda koordinasız etiraz aksiyaları keçirilib. Aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən döyülmə və etirazçıların saxlanılması ilə sona çatıb. Moskvada 1000-dən, Peterburqda isə 250-dən çox etirazçı saxlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR