Növbəti əfv üçün Komissiyanın iclasları bərpa olunur

Növbəti əfv sərəncamı üçün Əfv Məsələləri Komissiyasının iclasları bərpa olunur. 
Modern.az-a daxil olan məlumata görə, sabahdan etibarən, iclaslara start verilir.
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid açıqlamasında faktı təsdiqləyib. Komissiya üzvü deyib ki, iclaslar videoformatda keçiriləcək:
“Komissiyaya kifayət qədər müraciətlər daxil olub. Onların hamısına baxıb müzakirə etmək lazımdır. Amma istənilən halda məlumatların kənara sızmaması üçün ən optimal və təhlükəsiz proqram seçilib”.
R.Məcid müraciətlərin çoxuluğundan iclasların da çox keçiriləcəyini diqqətə çatdırıb:
“İstənilən halda əfv olacaq. Amma Novruz bayramında, yoxsa bir qədər sonra, bunu dəqiq deyə bilmərəm. Çünki əfv sərəncamının verilməsi ölkə rəhbərinin səlahiyyətindədir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR