Xalq artisti vəfat edən oğlundan danışdı: “Övladıma diqqət yetirmirdim”

Xalq artisti Arif Quliyev mərhum oğlunun həbsində özünü günahkar bildiyini deyib.
Qaynarinfo xəbər verir ki, SPACE telekanalında yayımlanan “Mətanətli səhər” proqramının qonağı olan aktyor oğlunun tərbiyəsi ilə düzgün məşğul olmadığını etiraf edib:
“Mən səyahətlərdə, tamaşalarda olurdum, övladıma diqqət yetirmirdim. Harda olursansa, maraqlanmalısan, övladının kimlərin əhatəsində olduğunu bilməlisən. Hər valideyn öz övladına dəstək olmalıdır. Bəzi ailələri görürəm ki, özü alimdir, oğlunu da bu cür yetişdirmək istəyir. Əgər ata-ana o istedad qığılcımını görürsə, kömək etməlidir”. Qeyd edək ki, Xalq artistinin oğlu Fərid Quliyev qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR