Azərbaycanda karantin hansı qaydada sərtləşdiriləcək? – AÇIQLAMA

“Ümumiyyətlə, virus sürətlə mutasiyaya uğrayır və mutagen formalar çoxsaylıdır. Hazırda 200-dən artıq mutagen formalar var”.

Anons.az xəbər verir ki, bu fikri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, virusun genomunda amin turşuların yerdəyişməsi ona yeni xassə və mutasion forma verib: “Nəinki, Britaniya ştammı, xeyli ştamlar meydana gəlib ki, onların yoluxuculuq potensialı var.

Epidemioloji vəziyyətin pisləşməsinə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Bu, təmasların azaldılması və genofondu qorumaq üçün aparılan vacib tədbirdir.

SMS icazə sistemi əslində tam karantindir. Bununla yanaşı iaşə müəssisələrində müxtəlif toplantıların məhdudlaşıdırılmasına zərurət yarana bilər.

Bu gün Bakı şəhərində restoranlar çox intensiv işləyir və bunlar hamısı təmaslardır. Bu cür təmasların azaldılması vacib olarsa, biz buna getməliyik.

Eyni zamanda ictimai nəqliyyatda qaydaya salınmalıdır. Çünki əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir və böyük yoluxma potensialı var.

Sərt karantin tədbirləri müəyyən müddət davam edə bilər. Bu, 20 gün-1 ay müddətində davam edə bilər. Çünki bu, dalğanın uzunluğu və epidemioloji vəziyyətə bağlıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR