Bakıda Novruz şənliyi olacaqmı? – Meriyadan açıqlama

Azərbaycanın milli bayramı olan Novruz bayramına sayılı günlər qalıb.

Məlumdur ki, bu bayram xalq tərəfindən sevilərək qeyd edilir. Lakin bu il vəziyyət ötən illərlə müqayisədə fərqlidir. Belə ki, bu il Novruz bayramı xüsusi karantin rejiminə təsadüf edir.

Məlumat üçün qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi 1 aprel tarixinə qədər davam edəcək. Hazırda virusla mübarizədə ölkə ərazisində qaydalarda yumşalmalar olsa da, yeni növ koronavirus pandemiyası ilə bağlı təhlükəli vəziyyət hələ də qalmaqdadır.

Virusa yoluxma və ölüm halları da davam edir. Artıq xalq Novruz bayramının xəbərçisi olan iki çərşənbəni də yola salıb. Ötən illərlə müqayisədə bu il ölkə ərazisində çərşənbələrlə, Novruz bayramının gəlişi ilə əlaqədar hər hansı bir hazırlıq prosesi də müşahidə edilmir.

Maraqlıdır, bu il Novruz şənlikləri keçiriləcəkmi?

Mövzu ilə bağlı danışan Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bildirib ki, hələ bu barədə dəqiq məlumat verilməyib: “Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun tədbirlər görüləcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR