“Buta Airways” İstanbula uçuşlara başlayır – QİYMƏTLƏR

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə – İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.

Bu barədə Valyuta.Az “Buta Airways”ə istinadən xəbər verir.

Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazaar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR