Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

 Trend bildirir ki, növbəti iclasın martın 4-də keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın yeni müraciətlərə baxılması üçün 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR