Martda 14 gün iş olmayacaq

Mart ayında 14 gün qeyri-iş günü olacaq.
Ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür.
Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.
Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR