Muğan Bank yanğınla bağlı açıqlama yaydı

Muğan Bank Abşeron rayonunda yerləşən “Ticarət” filialındakı yanğınla bağlı açıqlama yayıb.Bankdan daxil olan məlumatda deyilir:

“05.03.2021 tarixində saat 22:00 radələrində Muğan Bankın Abşeron rayonunda yerləşən “Ticarət” filialının köməkçi otağında ehtimala görə qısa qapanma nəticəsində alışma baş vermişdir. Hadisə yerinə dərhal FHN əməkdaşları və polis cəlb edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində alışma söndürülüb.

Köməkçi otaqda yerləşən kondisioner və istifadə olunmayan mebel yararsız hala düşüb.

Bank rəhbərliyi FHN və DİN əməkdaşlarına vaxtında müdaxilə nəticəsində ciddi maddi ziyanın qarşısını aldıqlarına görə öz minnətdarlığını bildirir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR