Paşinyanın əleyhdarları Yerevanın mərkəzi rayonunun hökumət binasına soxulublar

Ermənistanda baş nazirin əleyhdarları Yerevanın Kentron Rayon İcra Hakimiyyətinin binasına soxulublar.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, keçmiş hakim Respublikaçılar Partiyasının gənclər qolunun sədri Hayk Mamicanyan başda olmaqla təşkilatın onlarla üzvü binaya soxulub.

Onlar yerli hakimiyyətdən əməkdaşlarını Ermənistanın baş naziri Nikol Paşinyanın mitinqinə getməyə məcbur etməməyi istəyiblər.

Qeyd edək ki, martın 1-də Yerevanda iki mitinq keçiriləcək. Baş nazir Nikol Paşinyan tərəfdarlarını yerli vaxtla saat 18:30-da “Respublika” meydanına çağırıb. “Vətəni xilas hərəkatı” isə saat 18:00-da mitinq keçirməyi planlaşdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR