Rusiyada ölüm halları kəskin artıb, doğum azalıb – Ötən il ölüm halları 17,9 faiz çoxalıb

2021-ci ilin yanvarında Rusiya Federasiyasında (RF) ölənlərin sayı 219,8 min nəfər təşkil edib ki, bu da 2020-ci ilin uyğun dövrünün göstəricisindən 33,9 faiz çoxdur.

Ölkədə əhalinin təbii azalması isə ötən ay 113 min nəfər təşkil edib. Bu barədə «Rosstat»ın məlumatında söhbət açılır. Məlumat martn 5-də dərc olunub.

2020-ci ilin yanvarında əhalinin sayı 45,2 min nəfər azalıb, 2021-ci ilin yanvarında isə 113,4 min nəfər azalma olub. Düzdür, bu zaman 2021-ci ilin yanvarında körpə ölümü 1,3 faiz azalıb, ötən ilin yanvarında bu rəqəm 528 nəfər (1 yaşa qədər) təşkil edib.

Ümumilikdə, 2021-i ilin yanvarında Rusiyada 106,6 min uşaq doğulub – bu, ötən ilin uyğun dövründəkindən 10,3 faiz azdır.

2020-ci ilin dekabrında doğulanların sayı 129,3 min nəfər olub ki, burada azalma 17,6 faiz təşkil edib.

Qeyd etmək lazımdır, bu gün Rusiya hökmət başçısının müavini Tatyana Qolikova elan edib ki, ötən ilin yekunlarna görə, Rusiyada ölüm hallarının sayı 17,9 faiz artıb.

Bu ün KİV-nin yaydığı başqa bir xəbərdə isə deyilir ki, hazırda Rusiya Suriyada daha bir daimi hərbi baza tikir.

Belədə, məntiqi sual yaranır: öz vətəndaşlarının sağlamlığını (əhalinin təbii artımını) təmin edə bilməyən bir ölkənin uzaq Suriyada hərbi baza tikməyə vəsait yönəltməsi, Liviyada üsyançı Həftara, qulağımızın dibində ermənilərə silah paylaması təəccüb doğurmaya bilməz.

Mirzə AĞ

AzPolitika.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR