Rusiyanın 20 milyarderinin siyahısı – 4-cü yerdə azərbaycanlıdır

Forbes jurnalı dünyanın ən varlı insanlaırnın 35-ci illik reytinqini açıqlayıb. Ötən bir il müddətində rusiyalı milyarderlərin sayı bu dəfə də 100 nəfərdən çox olub.
Forbes Rusiya versiyası ilk 20-də olan rusiyalı milyarderlərin siyahısını təqdim edib. Həmin siyahıda əslən azərbaycanlı və Rusiyada yaşayan soydaşlaırımız da yer alıb. Əslən azərbaycanlı olan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın ən varlı 20  milyarderi arasında 24,9 mlrd dolarla 4-cü yerdə qərarlaşıb.
Onun son bir ildə gəliri 9,7 mlrd dollar artıb. Qeyd edək ki, Vahid Ələkbərov  Azərbaycan neft və kimya institununun (indiki Neft Akademiyası) məzunudur. /”Ölkə.Az”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR