Klublarımızın Konfrans Liqasındakı növbəti sınağı

UEFA Konfrans Liqasındakı təmsilçilərimiz bu gün ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyunlarını keçirəcək. 
“Sumqayıt” “Kapital Bank Arena”da Serbiya təmsilçisi “Çukariçki”, “Qarabağ” isə səfərdə “Aşdod”la (İsrail) qarşılaşacaq. Azərbaycan Kubokunun qalibi “Keşlə” isə Bakıda Rusiya təmsilçisi “Soçi”ni qəbul edəcək. “Keşlə” – “Soçi” oyunu İdman TV,  “Sumqayıt” – “Çukariçki” oyunu İctimai TV,  “Aşdod” – “Qarabağ” qarşılaşması isə CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
20.00. “Sumqayıt” – “Çukariçki” (Serbiya)
Baş hakim: Yorgen BurxardtBaş hakimin köməkçiləri: Lars Hummelqaard, Nils HögDördüncü hakim: Sandi Putros(Hakimlər briqadası Danimarkadandır)29 iyul. Kapital Bank Arena. 20.00. “Keşlə”  – “Soçi” (Rusiya)
Baş hakim: Viktor ŞimusikBaş hakimin köməkçiləri: Anton Qusev, Sergey KosovetsDördüncü hakim: Vitali Sevostyanik(Hakimlər briqadası Belarusdandır)29 iyul. ASK Arena. 21.00. “Aşdod” (İsrail) – “Qarabağ”
Baş hakim: Novak SimoviçBaş hakimin köməkçiləri: Nikola Coroviç, Miloş SimoviçDördüncü hakim: Aleksandar Jivkoviç(Hakimlər briqadası Serbiyadandır)29 iyul. Jabotinski stadionu.
Səbuhi Həsənov

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR