Səməd Səmədov vəfat etdi

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib. 
“Allah rəhmət eləsin!”, – deyə Samiraldo qeyd edib.
Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. 
1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında “Toylar Kralı” kimi tanınırdı.
2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR