“Vaksin vurdura bilməyənlərə də sertifikat veriləcək” – Prezidentin köməkçisi

“Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifakatın hazırlanması nəzərdə tutulur”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR