Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub – Rəsmi açıqlama

2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində SHXÇDX tərəfindən yoxlamalar keçirilib, xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb. Bu barədə SHXÇDX-dan Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib. “V.Babayevin xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.   Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”, – deyə qurumdan qeyd edilib. Qeyd edək ki, ötən gün polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək Respublika Hərbi Prokurorluğu tərəfindən saxlanılıb.

.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR