Yoluxanların sayı 300-ü keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 3nəfər vəfat edib. Bu gün Azərbaycanda koronavirus əleyhinə 45 734 vaksin vurulub.
Birinci mərhələdə peyvənd olunanların sayı 13 720, ikinci mərhələ üzrə 32 014 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 616 230, ikinci mərhələ üzrə isə 1 845 471 nəfər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR