Aİ-nin Azərbaycanda yeni səfiri təyin edilib

 Aİ-nin Ali Nümayəndəsi Cozef Borrel çərşənbə günü Avropa İttifaqının Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə yeni səfirinin təyin edildiyini elan edib.

Brüssel missiyasının yeni rəhbəri Slovakiyalı diplomat Piter Miçalko olacaq.

Hazırda o, Aİ-nin Moldovadakı missiyasına rəhbərlik edir, bundan əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri olub.

Diplomat sentyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq, bu barədə Avropa İttifaqının saytında yer alan məlumatda deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR