Kirkorovun Ukraynaya girişi yenidən 3 il qadağan edildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı müğənni Filip Kirkorovun yaxın 3 ildə Ukraynaya girməsi qadağan edib. 
Qaynarinfo xəbər verir ki, bu haqda məlkumatı SBU-nun mətbuat xitməti yayıb. Bundan əvvəl Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Kirkorovu respublikanın milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına daxil edilsə də, bir qədər sonra siyahıdan çıxarılmışdı.
Kirkorovdan başqa, Oleq Qazmanov, Sergey Penkin, Aleksander Rozenbaum, Yuliya Çiçerina və başqalarının Ukraynaya girişi qadağandır. Siyahı mütəmadi olaraq genişlənir.
Siyahıda Krımı Rusiyanın bir hissəsi hesab edən və ya qondarma DXR və LXR-i dəstəkləyən insanlar yer alır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR