Lukaşenko açıqladı: “Çox tezliklə prezident postunu tərk edəcəyəm”

Belarus prezidenti Aleksandr Lukaşenko xarici jurnalistlərin iştirakı ilə keçirilən “Böyük Söhbət” zamanı vəzifəsini “çox tezliklə” tərk edəcəyini bildirib. 
Qaynarinfo xəbər verir ki, bu süjet Belarus milli telekanallarının efirində göstərilib.
Eyni zamanda, Lukaşenko varis məsələsini işin ən çətini adlandırıb və daim bu barədə düşündüyünü qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR