Əşrəf Qəninin taleyi necə olacaq? – “Taliban” açıqladı

“Taliban” Əfqanıstan Prezidenti Əşrəf Qənini təqib etməyəcək. 
Qaynarinfo xəbər verir ki, bu sözləri “Taliban” hərəkatının liderlərindən olan Xəlil ur-Rahman Haqqani deyib. O, hətta “Taliban”ın elan etdiyi amnistiyaya uyğun gəldiyi üçün Əfqanıstana qayıda da bilər.
Onun sözlərinə görə, “Taliban” keçmiş vitse-prezident Əmrullah Saleh və keçmiş milli təhlükəsizlik müşaviri Həmdullah Mohib də daxil olmaqla hər kəsi bağışlayır. Bundan bir qədər əvvəl onlar terrorçularla mübarizəyə davam edəcəklərini bildirmişdilər. Bir neçə min həmfikiri ilə ilə birlikdə onlar Panrcşer əyalətində yığışmış və özlərini Əfqanıstanın qanuni hakimiyyəti elan etmişdilər.
Xatırladaq ki, terrorçular 15 avqustda Əşrəf Qəninin qaçması nəticəsində Əfqanıstanı ələ keçiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR