Üç para-cüdoçumuz finalda

Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarışan para-cüdoçularımız növbəti görüşlərini keçirib.
Qadınlar arasında -63 kq çəki dərəcəsində mübarizə aparan və ilk görüşündə yapon rəqibinə qalib gələn Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Vanqı da məğlub edərək finala vəsiqə qazanıb. 
İlk görüşündə yapon rəqibinə qalib gələn Sevda Vəliyeva (-57 kq) yarımfinalda türkiyəli Zeynep Çeliki də yenərək finala adını yazdırıb. 
Kişilər arasında -81 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli əvvəlcə britaniyalı, yarımfinalda isə koreyalı rəqibini məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR