Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? – AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən məktəblərin əksəriyyətində övladlarının işləri ilə bağlı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər ora buraxılmır. 

İddia edilib ki, buna Təhsil Nazirliyi tərəfindən Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verilib.

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:

“Nazirlik yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyub”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR