Putindən açıqlama: 2024-cü ildən sonra prezident olacaqmı?

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildən sonra prezident postunu tutub-tutmayacağını nəzərdə tutaraq, “buna qədər sakitcə yaşamaq lazımdır” deyərək, hələ bir qərar vermədiyini bildirib.
Qaynarinfo xəbər verri ki, Şərq İqtisadi Forumu çərçivəsində keçirilən plenar iclasda prezidentə verilən sual 2024-cü ilin noyabrında Bruneydə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitinə qatılmağı planlaşdırıb-planlaşdırmaması haqda olub. 
Prezident cavab olaraq “hələ 2024-cü ilə qədər yaşamaq lazımdır” deyərək, işləmək lazım olduğunu və “hələ orada baş verəcək belə böyük beynəlxalq hadisələr haqqında düşünməməyi” tövsiyə edib.
Plenar iclasın moderatoru Sergey Brilev APEC sammitinin Rusiyadakı prezident seçkilərindən sonra keçirilməsinin gözlənildiyini deyib, Putin isə “Hə, başa düşürəm, başa düşürəm. Buna görə də deyirəm – bunu görmək üçün sakitcə yaşamalıyıq”, deyə cavab verib. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR