“Qazilərin pensiyası, müalicəsi ilə bağlı problemlər var” – deputat

“Büdcəyə daxil olan layihələrdə sosial layihələr ciddi rol oynayır. Ona görə də “Yaşayış minumumu haqqında” qanun layihəsi əsaslı şəkildə yeni dövrə uyğunlaşdırılmalıdır. Bir də qazilərin sosial problemləri ilə bağlı məsələdə dəyişikliklər etməliyik. Onların pensiyası, müalicəsi ilə bağlı problemlər var”.

Bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Əli Məsimli deyib.

O qeyd edib ki, həmçinin sahibkarların fəaliyyəti ilə bağlı yeni qanunlar qəbul edilməlidir: “Bu kontekstdə qiymətləndirmə ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR