Ramin Hacılı aclığı dayandırıb – Vəziyyəti hələ də kritikdir

Hazırda həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı 10 gündür davam edən quru aclıq aksiyasını dayandırıb.Bu barədə  Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib.Onun sözlərinə görə, aksiyanı dayandırmasına baxmayaraq, Ramin Hacılın səhhətində ciddi problemlər var: “Həkim nəzarətindədir. Xeyli dərman yazıblar. Vəziyyəti yaxşı deyil”.Ramin Hacılının ötən gün keçirilməli olan məhkəmə prosesi də təxirə salınıb. Hürü Hacıyevanın sözlərinə görə, bu da ictimai fəalın səhhəti ilə əlaqədar olub: “Sentyabrın 14-də növbəti proses oldu. Bu dəfə də təxirə salındı”.Hürü Hacıyeva oğlu ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcəyini bildirib: “Prezidentə müraciət edəcəm. Cavan, savadlı uşaqdır. Axı nə günahı var? Borca görə tutublar, onu da qaytarırdı. Niyə belə edirlər axı?”Qeyd edək ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq – təkrar törədildikdə), 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. Prokurorluq hökmdən protest verib. İş apellyasiya mərhələsindədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR