Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçidi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb.

Ramzan Kadırov yenidən Çeçenistanın rəhbəri seçilib.

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib.

Qeyd edək ki, R.Kadırov 1976-cı ildə anadan olub. O, 2004-cü ildən Çeçenistanın rəhbəridir.

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olan Əhməd Kadırovun oğludur. Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR