Səyyad Əlizadənin qoşulduğu aparatdan ölkədə 2-3 ədəd var – İnfeksionist

“Səyyad Əlizadənin yaşamaq şanşı böyükdür”.Bunu  açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.İnfeksionistin sözlərinə görə, EKMO aparatına qoşulan müğənninin səhhəti ağır qiymətləndirilir:“Səyyad Əlizadə EKMO aparatına qoşulub. Bu, çox bahalı aparatdır. Bundan əlavə, nəinki Azərbaycanda, dünyada onun istehsalı çox azdır. EKMO cihazı Azərbaycanda 2-3 ədəddir ki, onun da birinə Səyyad Əlizadə qoşulub. EKMO aparatı sonuncu şansdır. Bu aparat vasitəsi ilə həyata qayıtmaq, yaşamaq ehtimalı böyükdür. Ancaq 70% də böyük rəqəmdir. Allahn köməkliyi ilə çıxar, Səyyad yaxşı insandır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR