Avropa 4 günlük iş həftəsinə keçir: – Azərbaycanda nə var, nə yox?..

Bu gün saytımızda Avropa ölkəsinin həftədə 4 günlük iş rejiminə keçəcəyi ilə bağlı məlumat dərc etmişdik. Məlumatda bildirilirdi ki, Avropanın şimal ölkələrində bir neçə ildir həftəlik iş yükünün azaldılması müzakirə olunur vəFinlandiyada, İsveçdə, İslandiyada 4 günlük iş rejiminə keçməklə bağlı iradə nümayiş etdirirlər.
İndi isəgəlin bizdəki iş qrafiklərinə nəzər salaq. Deməli, Azərbaycanda rəsmi olaraq 5 gün iş kimi qeyd edilsə də, bir çox müəssisələrin rəhbərləri tərəfindən bu qanun kobud şəkildə pozulur.

Məsələn, bir çox marketlərdə işçi və işə götürən arasında əmək müqaviləsi bağlanmasına baxmayaraq, müqavilənin bir çox şərtlərinə əməl olunmur. İşçi, 5 gün işləməli, 2 gün istirahət etməli olduğu halda həftənin 7 günü çalışdırılır, yalnız rəhbərliyin istəyinə uyğun olaraq, ayda 1 və ya 2 dəfə istirahət verilir. Düşünməyin ki, bunun qarşılığında işçiyə hansısa əlavə əmək haqqı təqdim edilir.

Hamımız çox yaxşı bilirik ki, mağazalarda çalışan insanların əmək haqqısı onların təcürəsindən asılı olaraq, 200-400 aralığında dəyişir. Bu isə insan əməyindən sui istifadədir.

Bundan əlavə olaraq, həmin işçilərin gündəlik iş saatı da 12 saatdır. Nəzərə alaq ki, 12 saat iş, 1 saat yol üçün sərf edildikdə, bu 13 saat edir. Yerdə qalan vaxt isə çox azdır. Bu yalnız həmin şəxsin çimməyi, yeməyi və yatmasına sərf oluna bilər. İnsan isə robot deyil. Ailəsi, xeyiri, şəri, xəstələnməsi və s. var.

Düşünə bilərsiniz ki, əgər işçilər narazıdırlarsa, niyə etiraz etmirlər və ya işdən ayrılmırlar? Haqlısınız. Amma hara müraciət etsinlər? Məgər axırda günahkar çıxan, çörəyindən olan onlar özləri olmayacaqmı?

Yaxşısı budur hamılıqla susaq və oturub Avropa ölkələrindəbaş verən, bizim üçün əlçatmaz olan 4 günlük iş qrafikinə keçidi izləyək…
Bizimyol.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR